Haqqımızda

Şirkət haqqında

Şirkətimiz 1989-cu ildə “Tovuz üzüm istehsalı” kooperativi adı ilə Tovuz rayonunda Dövlət qeydiyyatından keçərək, ilk kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan özəl şirkət kimi fəaliyyətə başlamışdır.

1993-cü ildə isə “Tovuz üzüm istehsalı” kooperativinin bazasında “Tovuz-Baltiya” MMC yaradılmışdır. İlk istehsal etdiyi məhsulları Baltikyanı ölkələrə: Litva, Latviya, Estoniya və Polşa ölkələrinə göndərərək yüksək uğurlar əldə etdiyinə görə şirkət “Tovuz-Baltiya” adlandırılmışdır.

Şirkətin öz balansında olan bağlarda yerli sortlardan əlavə Fransadan gətirilmiş texniki üzüm sortları da mövcuddur. Bu bağlardan əlavə əhalidən 5 min ton meyvə-gilə meyvə məhsulunu qəbul etmək gücünə malikdir. “Tovuz-Baltiya” MMC Avropa standartlarına cavab verən İtaliya, Almaniya və Fransa avadanlıqlari ilə  təmin edilmişdir.

Diplom və medallar

Naig C0 şirkəti, “Tovuz-Baltia” LTD, şərab və spirtli içkilərin yarışlarında şərab və konyak məhsullarına görə dəfələrlə məhsulların keyfiyyətinə görə fəxri diplomlar almışdır ((Qızıl medal) və “Böyük Qızıl Medal” ( Moskva, Sankt-Peterburq), həmçinin Frankfurt, Cenevrə, Yaponiya və Fransadakı beynəlxalq mükafatlar.