Tovuz Retailın missiyası, Naigin K Tovuz Baltia MMC-nin markası altında Azərbaycan şərabının və şərabçılığının şöhrətini canlandırmaq və artırmaqdır!
Şirkətin əsas missiyası yarandığı gündən Tovuz brendı “Naig K °” Tovuz-Baltiya “LTD Azərbaycanda və xaricdə olmasından asılı olmayaraq hər alıcıya tanıtmaqdır.
“Tovuz-Baltiya” LTD Tovuz rayonunun Qovlar şəhərində yerləşir. Əsası 1989-cu ildə qoyulan “Tovuz-Baltiya” LTD şirkəti hazırda “Naiqin KO” korporasiyasının strukturlarından biridir və əsas məqsədi üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalıdır. Zavodda yüksək ixtisaslı mütəxəssislər və iş stajına malik texnoloqlar çalışırlar. Burada təcrübəli texnoloqların köməyi ilə üzümün keyfiyyətli sortlarından müxtəlif şərablar, həmçinin konyak spirti istehsal edilir. İstehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Məhsulun süzülməsi və qablaşdırılması fransız, alman və italyan avadanlıqları vasitəsilə edilir.
Şirkətdə istehsal olunan məhsulların əsas üstünlüklərindən biri odur ki, texnoloji proseslərin aparılmasında Tovuzdakı Zəyəm dağ çayının mənbəyindən götürülən bulaq suyundan istifadə edilir. Bu çaya Şahdağın 475 bulaq suları tökülür. Su isə keyfiyyətli konyakın hazırlanması üçün böyük əhəmiyyət daşıyır. Bundan başqa, digər əhəmiyyətli amil iqlim şəraitidir. Belə ki, dünyada üzümçülüyün beşiyi sayılan Fransa ilə müqayisədə Azərbaycan və onun Gəncə-Tovuz bölgəsində illik aktiv günəş enerjisinin miqdarı iki dəfə çoxdur. Bu isə yüksək keyfiyyətli üzümün yetişməsi üçün əsas şərtdir.
Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi və festivallarında uğurla nümayiş etdirilib. Rusiya Federasiyasında, Fransada, eləcə də digər xarici ölkələrdə keçirilən sərgilərdə “Tovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi şərab və konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək qiymətləndirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.
Burada istehsal olunan ağ, qırmızı, eləcə də meyvə şərablarının, konyakların adları da maraqlıdır. “Şuşa”, “Sarı gəlin”, “Qarabağ”, “Bakı-Ceyhan”, “Bayatı Şiraz”, “Leyli və Məcnun”, “Dəli Kür” və s. Sözsüz ki, bu adlarla uzaq Fransada, İtaliyada, Almaniyada, Çində və s. ölkələrdə satılan şərab və konyaklar ölkəmizin imicinə şərəf gətirir. Bu imici yaradan “Tovuz-Baltiya” LTD şirkətinin kollektivi isə bunun nə qədər məsuliyyətli olduğunu yaxşı dərk edir və onu qorumaq üçün əllərindən gələni əsirgəmirlər.