Tovuzun Şərabçılıq Tarixi

On doqquzuncu əsrin əvvəllərində almanların bir qrupu Azərbaycan ərazisinə keçərək,Tovuz rayonu ərazisində də kaloniya quraraq burada məskunlaşıblar. Yaşadıqları ərazidə çox nizamlı, planlı şəkildə küçələr salıb, evlər hətta zavod və fabriklər inşa ediblər. Tovuzda 6 küçənin salınması da onların adı ilə bağlı olub. Burada almanların inşa etdiyi şərab zavodu uzun müddət tam gücü ilə fəaliyyət göstərib, məhsulları xarici ölkələrə ixrac edilib. Indi fəaliyyət göstərməsə də rayon sakinləri almanlardan qalan yadigari qoruyub günümüzədək saxlaya biliblər.

Almanların Traubenfeld adlandırırdıqları Tovuz rayonuna gətirdikləri meyvə və üzüm növləri bugün də əhali arasında sevilir. Bundan əlavə Almanlar zirzəmisinin dərinliyi 30 metr olan şərab zavodu da inşa ediblər.

Karl Markus və Soller qardaşları düz 135 il əvvəl 1886 cı ildə Tovuza gələrək bu şərab zavodunu açıblar. Onlar 27 nəfərlə burada şərabçılığı inkişaf etdirməyə çalışıblar.
Zavodda istifadə olunan çəlləklər almanyadan gətirilmiş palıd ağaclarından hazırlanıb. Almanlar fəaliyyətlərini genişləndirərək o vaxt Tovuz şərablarını hətta xaricə də ixrac etməyə başlayıblar. Zavodun quruluşu da görənləri heyrəntəndirməyi bacarıb. Hal-hazırda tikilidə bu görünüşünü qoruyub saxlamaqdadır. Belə ki, yerin altında 3 mərtəbəli zirzəmilərdə 10-12 tonluq çəlləklər cərgə ilə rekanstruksiya olunub və bu günədək çürümə belə getməyib. Sovet dövründə də zavod uzun müddət faəliyyətini dayandırmayıb.
Həmçinin rayon ərazisində Almanların 50 hektar üzüm bağı da olub. Zavodun fəaliyyət göstərməməsi, çəlləklərin uzun illərdir boş durması rayon sakinlərini narahat edir. Məlumat üçün bildirək ki, Yerli icmalarla sıx işbirliyində olan almanlar burada öz mədəniyyətlərini, memarlıqlarını da yayıblar.